Sektor
Otel təmizliyi
Otellər və qonaq evləri üçün ümumi zonaların, restoranın, fasadın və mövsüm öncəsi dərin təmizlik.
Otelin reytinqi çox vaxt təmizliklə başlayır və bitir. Lobbi, dəhlizlər, liftlər, restoran və SPA zonaları gün boyu istifadə olunur və hər an qonağın gözü önündədir.
Biz otellərə öz housekeeping komandasını əvəz etmək üçün deyil, onu gücləndirmək üçün xidmət təklif edirik: ümumi zonaların gecə təmizliyi, fasad və şüşələr, mövsüm öncəsi və təmirdən sonra dərin təmizlik.
Bu sektorda nəyə diqqət edirik
- Qonaqları narahat etməyən gecə və səhər tezdən iş qrafiki
- Lobbi və girişdə daimi səliqə
- Restoran və mətbəxdə gigiyena standartı
- Xalçalı dəhlizlər və yumşaq mebel üçün uyğun vasitələr
- Fasad və panoram şüşələrin dövri yuyulması
İş qrafiki və müqavilə
Ümumi zonalar gecə növbəsində, fasad və şüşələr dövri qrafiklə, dərin təmizlik isə mövsüm öncəsi və ya otaqlar boşalan dövrlərdə planlanır. Hamısı bir müqavilə və bir məsul menecer altında.
Bu sektor üçün xidmətlər
- Fasad və şüşə yuyulmasıBinaların fasad və şüşələrinin sertifikatlı alpinist qrupu ilə peşəkar yuyulması.
- Restoran və kafe təmizliyiRestoran və kafelər üçün zal, mətbəx və sanitar qovşaqların gigiyena standartlarına uyğun təmizliyi.
- DezinfeksiyaMəkanların virus və bakteriyalardan peşəkar dezinfeksiyası — ofis, mənzil, restoran və tibb obyektləri üçün.
- Təmir sonrası təmizlikTikinti və təmirdən sonra toz, sement izi və çirklərin xüsusi texnika və peşəkar vasitələrlə təmizlənməsi.
Gördüyümüz işlər





Tez-tez verilən suallar
Bəli, ümumi zonaları qonaq axınının az olduğu saatlarda işləyirik və qonaqları narahat etmirik.