
Restoranın reputasiyası zalda qurulur, amma mətbəxdə qorunur. Yağ, qida qalıqları və rütubət mətbəxi bakteriyalar və zərərvericilər üçün əlverişli mühitə çevirir. Sistemli təmizlik planı olmadan bunu nəzarətdə saxlamaq çətindir.
Hər növbədən sonra
- İş səthləri və doğrama taxtalarının yuyulub dezinfeksiyası
- Plitə və qril səthlərinin yağdan təmizlənməsi
- Döşəmənin yağ və qalıqlardan yuyulması
- Zibilin çıxarılması və qabların yuyulması
- Sanitar qovşaqların təmizliyi
Həftəlik
- Soba və fritözlərin dərin təmizliyi
- Soyuducu kameraların içi və rəfləri
- Divar plitələri və aralıqları
- Aspirator səthləri
Niyə yağ ən böyük problemdir?
Yağ toz və çirki özünə çəkir, vaxt keçdikcə bərkiyir və adi vasitələrlə getmir. Aspiratorda yığılan yağ həm də yanğın riski yaradır. Ona görə yağlı səthlər müntəzəm, qida zonaları üçün uyğun yağ təmizləyiciləri ilə işlənməlidir.
Zal: qonağın gördüyü hissə
Masalar, stullar, menyular, qapı tutacaqları və sanitar qovşaqlar qonağın təəssüratını formalaşdırır. Restoranlar üçün işi açılışdan əvvəl və ya bağlandıqdan sonra aparırıq ki, xidmət dayanmasın.
Əlaqəli xidmət
Əlaqəli sektor