Xidmət
Təmir sonrası təmizlik
Tikinti və təmirdən sonra toz, sement izi və çirklərin xüsusi texnika və peşəkar vasitələrlə təmizlənməsi.

Təmir bitəndə ən çətin hissə başlayır: incə tikinti tozu hər yerə hopur, şüşə və plitələrdə sement, boya və silikon izləri qalır. Adi təmizlik bunu həll etmir.
Biz təmir sonrası təmizliyi mərhələlərlə aparırıq: əvvəlcə iri tullantı və toz, sonra səthlərin detallı təmizliyi, sonda isə yoxlama. Nəticədə mənzil və ya ofis yaşamağa və işləməyə hazır olur.
Nə daxildir
- Tikinti tozunun bütün səthlərdən təmizlənməsi
- Şüşə və pəncərələrdən sement, boya və skotç izlərinin təmizlənməsi
- Plitə və aralıqların yuyulması
- Döşəmənin materialına uyğun yuyulması
- Mətbəx və sanitar qovşaqların detallı təmizliyi
- Radiator, kandar və qapıların silinməsi
İş prosesi
- 01
Baxış
Sahə, çirklənmə dərəcəsi və səth materialları qiymətləndirilir.
- 02
Kobud təmizlik
İri tullantı və tozun əsas hissəsi sənaye tozsoranları ilə götürülür.
- 03
Detallı təmizlik
Şüşə, plitə, döşəmə və mebel səthləri ayrı-ayrılıqda işlənir.
- 04
Yoxlama və təhvil
Obyekt sizinlə birlikdə yoxlanılır və təhvil verilir.
Qiymətə təsir edən amillər
- Sahə və otaq sayı
- Tozun və tikinti izlərinin miqdarı
- Pəncərə və şüşə səthlərin həcmi
- Səth materialları (parket, mərmər, plitə)
Gördüyümüz işlər





Tez-tez verilən suallar
Bu, sahədən və çirklənmədən asılıdır. Dəqiq müddəti baxışdan sonra deyirik.
Uyğun sektorlar
- Otel təmizliyiOtellər və qonaq evləri üçün ümumi zonaların, restoranın, fasadın və mövsüm öncəsi dərin təmizlik.
- Məktəb və bağça təmizliyiMəktəb, bağça, kurs və universitetlər üçün uşaqlara təhlükəsiz vasitələrlə təmizlik və dezinfeksiya.
- Yaşayış kompleksi təmizliyiMTK və idarəçi şirkətlər üçün giriş, lift, pilləkən, parkinq və fasadın müqaviləli təmizliyi.