
Təmizlik xidməti üçün qiymət soruşanda çox vaxt ilk sual “neçə kvadratdır?” olur. Ölçü vacibdir, amma yeganə amil deyil. Biz qiyməti obyektin ölçüsünə deyil, tələb olunan standart səviyyəsinə əsasən hesablayırıq.
Qiymətə nələr təsir edir?
- Tələb olunan standart: gündəlik səliqə ilə tibb müəssisəsi səviyyəsində gigiyena fərqli işlərdir.
- Tezlik: gündəlik, həftəlik və ya birdəfəlik.
- Çirklənmə dərəcəsi: təmir sonrası, yanğın sonrası, uzun müddət təmizlənməyən obyekt.
- İş vaxtı: gecə və həftəsonu növbələri.
- Xüsusi işlər: hündürlükdə iş, sənaye texnikası, xüsusi vasitələr.
Eyni ölçü, fərqli qiymət
100 kvadratmetrlik açıq ofislə 100 kvadratmetrlik stomatologiya klinikasını müqayisə edin. İkincisində daha çox sanitar zona, zonalara görə ayrı inventar və dezinfeksiya protokolu var. Ölçü eynidir, iş isə tamamilə fərqlidir.
Təklif alarkən nə soruşmalı?
- Hansı işlər və hansı tezliklə daxildir?
- Komanda daimi olacaq?
- Keyfiyyət yoxlamasını kim edir?
- Vasitələr kimdəndir və sertifikatı varmı?
- Əlavə işlər necə hesablanır?
Ən dəqiq qiymət obyektə baxışdan sonra verilir. Biz əvvəlcə obyekt analizi aparır, sonra fərdi plan və ona uyğun təklif hazırlayırıq.
Əlaqəli xidmət